Sabirabadda “Mercedes” yanıb
Sabirabad rayonunun Şəhriyar kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.