Tramp bu ölkələr üçün məhdudiyyəti LƏĞV ETDİ

Tramp bu ölkələr üçün məhdudiyyəti LƏĞV ETDİ

26 yanvar tarixindən etibarən, koronavirus pandemiyası ilə əlaqədar olaraq Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliyadan ABŞ-a girişə qoyulan məhdudiyyətlər ləğv edilir. Bununla bağlı ABŞ-ın hazırkı prezidenti Donald Tramp fərman imzalayıb.

BAXAR.AZ xəbər verir ki, bu barədə Ağ Evinin mətbuat xidməti xəbər verib.

Əvvəlki tədbirlər ABŞ-a daxil olan bütün əcnəbilərə koronavirus testinin neqativ nəticəsinin verilməsinə dair qaydalar qüvvəyə mindikdən sonra qüvvədən düşəcək:

Sənəddə bildirilib ki, ölkəyə girişin dayandırılması barədə icra fərmanları 26 yanvar yerli vaxtla saat 12:01-dən etibarən qüvvədən düşəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR