SON DƏQİQƏ! Rusiya Azərbaycana minatəmizləyənlər  göndərdi

SON DƏQİQƏ! Rusiya Azərbaycana minatəmizləyənlər göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Ağdam rayonunu minalardan təmizləmək üçün əlavə minatəmizləyənlər qrupu göndərib.

BAXAR.AZ bildirir ki, məlumatı Rusiya FHN-in saytı yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexniki vasitələr olan “İl-76” təyyarəsi Azərbaycan Respublikasının Gəncə şəhərinə uçub.

Mütəxəssislər humanitar missiya çərçivəsində Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirən nazirlik qrupunu tamamlayacaqlar”, - deyə məlumatda vurğulanıb.

Qrupun tərkibinə “Lider” və Noginsk Xilasetmə Mərkəzinin mütəxəssisləri daxildir. Onlarla birlikdə robototexnika kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün nəqliyyat vasitələri də gətirilir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR