“İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”

“İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”

Kipr problemindən sonra Türkiyə ilə Yunanıstanın münasibətləri həmişə gərgin olub. Zamanla gərginlik müxtəlif rənglər alıb. Hətta yenidən açıq qarşıdurma ehtimalı yaranıb.

BAXAR.AZ Bizimyol.info-a istinadən xəbər verir ki, yunan politoloq belə bir ehtimaldan danışıb. Giorqos Filis 2021-ci ildə Türkiyə ilə bir neçə günlük aktiv əməliyyatların ola biləcəyini deyib.

“Böyük qarşıdurma olmayacaq olmayacaq. Uzağı bir-iki gün sürəcək. İlk həmlə Yunanıstandan gəlməyəcək. İlk zərbəni Türkiyə endirəcək, 2-3 günə əməliyyatlar dayanacaq. Vəziyyət yaxşı deyil, tariximizin və mədəniyyətimizin bir hissəsini təslim etmək nöqtəsinə gəlmişik. Fransızlar və ya israillilər bizimlə necə ittifaq quracaq ki?! Onsuz da bizə heç kim inanmır”.

Filis Yunanıstanla Fransa arasındakı müdafiə anlaşmasını xatırladıb. Onun fikrincə, təkcə belə razılaşmalara güvənmək olmaz: “Fransa ilə gerçək anlaşma olmalıdır. Fransızlar yunanların etdiyi hər şeyi həyata keçirsin. Ege və Şərqi Aralıq dənizində və səmada Türkiyənin qarşısı alınsın. Yunanıstan siyasi iradə ortaya qoymalıdır. Fransa onsuz da bölgədə güclənən Türkiyəni böyük bir təhlükə olaraq görür”.

Yunan politoloq Türkiyənin 1974-cü il Kipr böhranı zamanındakı ölkə olmadığını bildirib. O, Türkiyənin bu illər ərzində müdafiə sənayesini xeyli gücləndirdiyini söyləyib.

“Türklər özünü çox güclü hiss edir. Gücləniblər. Əvvəlki Yunanıstan hökumətləri müdafiə sənayesini inkişaf etdirməyə çalışdı. Amma hər şey dağıldı. Sanki ölkə böyük güclərdən müstəqillik qazanmaq istəyir. Yunanıstan bunu bacarar. İnsan potensialı var, amma siyasi iradə yoxdur”.

1974-cü ildə Kipr adasında yaşayan yunanlar və türklər arasında ərazi məsələlərinə görə münaqişə yaranmışdı. Həmin il iyulun 15-də adada dövlət çevrilişinin baş verməsi Türkiyəni özündən çıxarmışdı. Onda Ankara Kiprdə 30 minlik qüvvə yerləşdirmək qərarı vermişdi. Bu isə adanın 37 faizinin əhatə olunması demək idi. Bundan sonra Kipr cənub və şimal hissələrə bölündü. Münaqişənin bitdiyini isə hələ də demək olmaz.

Son vaxtlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli davranışı Yunanıstanı və onun müttəfiqi Fransanı çətin duruma salıb. Türkiyə ilə təzyiq dilində danışmağın mümkün olmadığını görən Fransa lideri Emmanuel Makron bu günlərdə Ərdoğana məktub yazaraq münasibətləri yaxşılaşdırmaq üçün danışırlara başlamaq istədiyini bildirib. Türkiyə lideri təklifi qəbul edib.

Yunanıstanın son mübahisələrdə arxalandığı ölkə Fransa idi. Amma Afinada artıq Fransanın onları Türkiyədən qoruya bilməyəcəyini başa düşüblər və güzəştlərə getməli olacaqlarını anlayırlar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR