Navalnıya 30 sutkalıq həbs verilib

Navalnıya 30 sutkalıq həbs verilib

Rusiyada məhkəmə siyasətçi Aleksey Navalnı barəsində 30 sutkalıq həbs qərarı verib.

RBK agentliyi xəbər verir ki, məhkəmə iclası Ximki şəhər Daxili İşlər Nazirliyinin 2-ci polis bölməsində baş tutub.

Xatırladaq ki, A.Navalnı ötən gün Almaniyadan Rusiyaya qayıdarkən Moskvanın Şeremetyevo hava limanından saxlanılıb.

oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR