Mexelen polisi: İtkin azərbaycanlının meyiti su kanalında tapılıb

Mexelen polisi: İtkin azərbaycanlının meyiti su kanalında tapılıb

Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.

"Report"un Avropa bürosunun Mexelen Şəhər Polis İdarəsindən əldə etdiyi məlumata görə, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.

Məhkəmə tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.

Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib və bu ölkədən sığınacaq istəyib.

Mexelen polisi: İtkin azərbaycanlının meyiti su kanalında tapılıb 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR