Vidal rəqibin futbolkasındakı loqonu öpüb, açıqlama verdi - FOTO

Vidal rəqibin futbolkasındakı loqonu öpüb, açıqlama verdi - FOTO

Dünən İtaliya çempionatının 18-ci turu çərçivəsində keçirilən "İnter" - "Yuventus" matçından əvvəl (2:0) operatorlar maraqlı görüntünü kameraların yaddaşına köçürə bilib.

Belə ki, meydan sahiblərinin oyunçusu Arturo Vidal qonaqların futbolçusu Corco Kyellini ilə görüşərək, bir-birini qucaqlayıblar. Elə həmin an Vidal Kyellininin yaxasındakı "Yuventus" loqosunu öpüb. Bu hadisə İtaliyada böyük rezonans doğurub.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu haqda açıqlama verib və etdiyi hərəkətin mənasını söyləyib: "Bu, mənim üçün futbolun qapılarını açan, birlikdə unudulmaz illər keçirdiyimiz qardaşıma olan sevginin təzahürü idi. Biz bir-birimizi çox istəyirik. Ancaq komandama, azarkeşlərə və bu rəngləri qorumağıma şərait yaratmış insanlara da böyük hörmətim var. Onlar üçün hər şeyimi verərəm".

Qeyd edək ki, çilili yarımmüdafiəçi 2011-15-ci illər aralığında "Yuventus"un uğurları üçün tər töküb ki, 151 rəsmi matçda rəqib qapılarına 48 dəfə yol tapıb.

captura de arturo vidal besando el escudo de la juventus en la camiseta de chiellini antes del inter juventus de la serie a 2020 21 captura skysport


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR