"Başakşehir" "Qalatasaray"ın transfer arzusunun "üstündən xətt çəkdi"

"Başakşehir"in futbolçusunu istəyən "Qalatasaray"a bəd xəbərlər var.

Offsideplus.az xəbər verir ki, "Başakşehir" yarımmüdafiəçisi İrfan Can Kahvecini "sarı-qırmızılar"a göndərmək niyyətində deyil. Belə ki, transfer baş tutarsa, klub əlavə olaraq Kahvecinin keçmiş komandası "Gençlerbirliyi"nə 25 % məbləğində pul ödəmək məcburiyyətindədir.

Bu səbəbdən "Qalatasaray"ın icarə+birbaşa satın alma təklifi "Başakşehir"ə maraqlı deyil. 

Qeyd edək ki, Fatih Terim "Gençlerbirliyi" üzərində 6:0 hesablı qələbədən sonra Kahvecini heyətində görməyi istəyini açıqlamışdı.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR