Sürücülər yanacağı dəyişir — Qiymətdə yarıbayarı fərq (VİDEO)

Sürücülər yanacağı dəyişir — Qiymətdə yarıbayarı fərq (VİDEO)

10 manatlıq qazla sürücülər 200-250 km yol qət edə bildikləri halda, eyni model avtomobillə sürücülər benzin və ya dizellə ən yaxşı halda 100-150 km yol qət edə bilirlər.

BAXAR.AZ   Xəzər TV-yə istinadən xəbər verir ki, məhz bu hal ölkəmizdə qaz avadanlıqlarına marağı kəskin şəkildə artırıb. Ustaların sözlərinə görə, sürücüləri ən çox narahat edən məqam isə bu halın mühərrikə ziyan vurma ehtimalıdır ki, hazırkı avadanlıqlarla belə bir narahatlığa da əsas yoxdur. Üstəlik, müasir avadanlıqlarla təhlükəsizlik də təmin edilir.

Benzin və dizelin qiymətinin artmasından sonra ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdıranların sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbi isə həm metan, həm də maye qazın qiymətinin dizel və benzindən ucuz olmasıdır. Xüsusilə də metan qazına, başqa sözlə CNG qazına maraq çoxalıb. Sürücülər deyirlər ki, bir kubu 45 qəpikdən satılan metan qazı ilə büdcələrini əhəmiyyətli dərəcədə qənaət edə bilirlər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR