Deputat:

Deputat: "Mərkəzi Banka 450 milyon manatlıq bina tikilirsə, bundan böyük biabırçılıq, özbaşınalıq ola bilməz"

Mərkəzi Banka 450 milyon manatlıq bina tikilirsə, bundan böyük biabırçılıq, özbaşınalıq ola bilməz. Qarabağın bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Bu o vəsaitin 4/1-dir. Üstəlik də o bankın binası var. Yenisi nəyə lazımdır?!

“Yaşat” fonduna, Koronavirus fonduna, Qarabağın Dirçəliş fonduna, Silahlı qüvvələr fonduna və digərlərinə pul dilənirik, kasıb-kusubun əmək haqqından tutub ora köçürürük, bunlar da yarım milyard manata özlərinə bina tikirlər. Bunu nə yer götürər, nə də göy!

Böyük bina tikməklə bizə varlı deyəcəklər?! Azərbaycanda ifrat dərəcədə kasıb yaşayan insanlar var. Mən getdiyim yerlərdə az qala acından ölən insanlar gördüm! Müxtəlif yerlərə -görüşlərə gedirəm, orda yaxasını dartıb cıran, əlacsız, kömək istəyən minlərlə insan görürəm!

Kasıb insanlar təzə tikilən binanı görəndən sonra varlı yaşayacaqlar?! Dövlət idarələrinə çoxmərtəbəli təmtəraqlı binalar tikiləndə insanlarımız yaxşı yaşayacaq?! O boyda pulu bir binanın tikintisinə sırf etmək bu ölkənin harasına yaraşır?

Nədi-nədi, xaricilər gələcək, şəkil çəkdirəcəklər ki, Azərbaycan Dubaya bənzəyir. Mənə Dubaya bənzəyən Azərbaycan lazım deyil, mənə Nyu-yorka bənzəyən Azərbaycan lazım deyil, mənə Moskvaya bənzəyən Azərbaycan lazım deyil, mənə Tokioya bənzəyən şəhər lazım deyil!

Mənə Azərbaycan insanının bərabər, xoşbəxt, ləyaqətli yaşadığı Azərbaycan lazımdır. O binaları o vaxt tikə bilərsən ki, sənin vətəndaşlara xərcləyəcəyin vəsaitdən artıq vəsaitin var. Belə bir vəsaiti Azərbaycan büdcəsində görmürəm. Bu bizim hamımızı ələ salmaq və dövlətin sosial dövlət olduğu deyimini heçə endirməkdir.

Hazırkı fikrim isə belədir: layihə mütləq dayandırılmalıdır! Əgər o bina tikilsə, gələcəyə inamını itirərək çoxları ölkəni tərk edəcək, elə mən də.

Razi Nurullayev
Millət vəkili, MCP sədri

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR