Fuad Əliyev:

Fuad Əliyev: "Bu haqda danışmaq hələ tezdir"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Qarabağda ermənilərlə birgə yaşayışla bağlı “Hürriyyət-TV”-yə açıqlama verib.

“Hesab edirəm ki, bu haqda danışmaq hələ tezdir. Və birgə yaşayışın mümkünsizliyi bizə görə yox, məhz ermənilərə görədir. İllər, əsrlər boyu ermənilər bizə - azərbaycanlılara və türklərə qarşı düşmənçilik mövqedə olublar. Uşaqları qondarma “erməni soyqırımı” kompleksinə aparıblar və bizlərə qarşı nifrət hislərilə böyüdüblər. Tarixi saxtakarlıq ediblər. Biz də 20 yanvar hadisələri, Xocalı soyqırımı, Qarabağda minlərlə şəhidimizi, 44 günlük müharibədə Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhalinin bombalanmasını unutmamışıq. İndi Ermənistanda bir ağıllı siyasətçi hakimiyyətə gəlməlidir ki, bu siyasətin yanlış olduğunu başa düşüb, Azərbaycan və Türkiyə ilə normal münasibət qursun. Bu birinci növbədə onlara xeyir gətirəcək. Yeni bir nəsil gəlməlidir ki bunu dərk etsin. Baxın, biz birinci Qarabağ müharibəsində uduzmuş bir halda çıxdıq. Hamımızda ruh düşgünliyi, inamsızlıq var idi. Çoxları deyirdilər ki, artıq “Qarabağı itirmişik, Qarabağ bizim deyil” və s. Bir nəsil dəyişdi, yeni bir gənc nəsil gəldi. Belə bir fikir formalaşmışdır ki, bu gənclərə Qarabağ lazım deyil, bu gənclər başqa ruhda böyüyürlər. Amma gördünüz ki, tam əksinə oldu. Gənclərimiz vətənpərvər ruhda böyüdülər və Qarabağı işğaldan azad olunmasını bir yolda görürdülər. Bu yol müharibə yolu idi. Və 44 gün ərzində gənclərimiz Qarabağı azad etdilər. Biz torpaqlarımızı azad etdik. Vətəni sevən gənclərin hesabına. Allah rəhmət etsin şəhidlərimizə, qazilərə Allah şəfa versin. Hamısı bizim fəxrimizdir. İndi Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır. Bir gün ərzində olan şey deyil. Aylar, illər keçməlidir ki, biz ermənilərlə, ola bilər, birgə yaşayaq. Müəyyən bir müddət lazımdır. Bizim soydaşlarımız Qarabağa qayıtmalıdırlar, dövlət strukturları orada regional təşkilatlar açmalıdırlar, fəaliyyətə başlamalıdırlar. Misal üçün, Xankəndində statistikaya görə 20 min azərbaycanlı yaşayıb, indi ola bilər 30 min qayıtmalıdır. Bu qayıdış prosesi yekünlaşandan sonra ola bilər ki, birgəyaşayış olsun, amma buna vaxt lazımdır”- ALDP sədri bildirib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR