"Koronavirusdan sağalanlara vaksin vurulmayacaq"

"Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq”.
 
BAXAR.AZ    -ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 
 
"Vaksin bir insana iki dozada vurulur. "Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək. 
 
Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var”.
 
O bildirib ki, virusa yoluxub sağalan insanlara vaksin vurulmur: "Çünki onlarda artıq immunitet var”.

Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR