Əli Həsənovun satışa çıxardığı yerin ŞOK QİYMƏTİ

Əli Həsənovun satışa çıxardığı yerin ŞOK QİYMƏTİ

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş "Kitab passajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.

 

BAXAR.AZ xəbər verir ki, Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.

 

Şəhərin mərkəzində, Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur "Kitab passajı” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılıb və tarixi əhəmiyyət daşıyır. Lakin Əli Həsənov oranı yaxınlarının adına simvolik qiymətə özəlləşdirib və təyinatını dəyişib.

 

Qeyd edək ki, ötən gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun işlətdiyi vəzifə cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.

 

V.Səfərlinin Ə.Həsənovun himayəsi altında çalışdığını xatırladanlar isə Ə.Həsənovun məhz indiki ərəfədə obyektlərini təcili satışa çıxarmasını təsadüfü saymırlar.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR