"Haradan bilsinlər ki, o şəhidin hesabına o kreslolarda əyləşiblər"

"Vətən, torpaq nədir anlamırlar" 

"Çünki xalq içində olmayıblar, kasıb ailədən çıxmayıblar. Əziyyətin nə olduğunu bilmirlər"

Baxar.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

"Xızının icra başçısı Xəzər Aslanov sənin şəhidlə nə problemin var?!

Xızının Xələnc kəndindən olan şəhid Natiq Verdiyevin plakatı tapşırığa əsasən söküldü.

Plakatın qurulmasına icazə olmadığını bildiriblər.

Bu icra başçılarını anlamaq bəlkədə olar. Çünki xalq içində olmayıblar, kasıb ailədən çıxmayıblar. Əziyyətin nə olduğunu bilmirlər.

Vətən, torpaq, milli vicdan nədir anlamırlar. Ürəkləri vətən eşqi ilə döyünmür. Şəhid onların nəyinə gərəkdir?!

Haradan bilsinlər ki, o şəhidin hesabına o kreslolarda əyləşiblər. Onların vəzifəsinin xalqa qulluq etmək olduğunu dərk etmirlər. Elə başa düşürlər ki, onları o vəzifəyə xalqı talan edib, "altlarına" pul yığmaq üçün təyin ediblər. 

Maraqlansanız,o şəhidin olmasından xəbərsizdilər bəlkə də... Sadəcə ayıb olsun..."


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR