Aydın Mirzəzadə: “Artıq sülhməramlılarsız yaşamağa doğru gedilməlidir”

Aydın Mirzəzadə: “Artıq sülhməramlılarsız yaşamağa doğru gedilməlidir”

Moskvada keçirilən üçtərəfli görüşdən cəmi iki gün sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etdi, onu məlumatlandırdı. Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə məlumatlandırması iki ölkənin Qarabağ məsələsində qarşılıqlı anlaşma içərisində olduğunu bir daha göstərdi.
BAXAR.AZ xəbər verir ki, bu zəng tərəflərə, o cümlədən dünyaya bir ismarış idi ki, Ankaranın məlum bəyanatda imzası olmasa belə, masadadır, danışıqlar prosesindədir. Bu, həm də “Türk ordusu niyə Qarabağa yerləşmir”, “Türkiyə masada nəyə görə yoxdur” sual verənlərin proqnozlarını alt-üst etdi.

Putinin Ərdoğana zəngi Moskva görüşündən iki gün sonraya təsadüf edirdi və Kreml başçısının bu addımı bir daha “Türkiyə masadan kənardadır” deyənlərin rəyini puça çıxarmış oldu. Bu zəng əlbəttə ki, İrəvanda narahatlıqla qarşılanacaq. Çünki ermənilər türklərin masada olmasını arzulamırlar. Amma Ermənistan hakimiyyəti Türkiyənin Qarabağ masasında olduğunu artıq qəbul edib. Və günlərin birində bu görüş formatında Türkiyə prezidentini də görsək, daha təəccüblənməməliyik.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR