Fuad Əliyev:

Fuad Əliyev: "Bundan sonra Azərbaycan sərt cavab verəcək"

 “Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində yanvarın 11-də imzalanan üçtərəfli bəyanat Azərbaycanın növbəti diplomatik uğurudur. Belə ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış sənəd 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əks olunmuş kommunikasiyaların bərpası ilə bağlı müddəaların həyata keçirilməsi üçün müvafiq vəzifələri müəyyən edir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədri deyib ki, Azərbaycan bir daha göstərdi ki, regionda uzunmüddətli sülhün və əməkdaşlığın təmin edilməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur:

“Eyni zamanda, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Belə ki, son vaxtlar Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərləri və digər məsələlər qarşı tərəfin ölkəmizin humanizm siyasətindən sui-istfadə etdiyini göstərir. 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə Azərabycan Prezidenti qəti şəkildə bildirdi ki, əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək. Buna görə də Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı fəaliyyətlərə son qoymalıdır”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR