Döyüşçülərin təltifi ilə bağlı gileylərə hərbi ekspertlərdən reaksiya

Döyüşçülərin təltifi ilə bağlı gileylərə hərbi ekspertlərdən reaksiya

Sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ savaşındakı parlaq qələbəmizdən sonra müzakirə edilən mövzulardan biri də bu müharibədə iştirak edənlərin təltif olunması ilə bağlıdır. Bu məsələdən gileyli olanlar, orden-medal almadığını bildirən döyüşçülər də var.
 
 
Onlar deyir ki, qəhrəmanlıq göstəriblər, lakin mükafatçılar sırasında adları yoxdur. Doğrudur, bununla bağlı Müdafiə Nazirliyi açıqlama verib və araşdırmalar aparıldığını qeyd edib. Amma bu da təltif olunma məsələsini gündəmdən çıxarmayıb.
BAXAR.AZ  xəbər verir ki,    "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hərbi ekspert Emin Həsənli hər kəsin öz haqqını alacağını bildirdi: 
 
"Vətən müharibəsində iştirak edən hər bir şəxs qəhrəmandır. Onların hər biri bizim üçün çox əzizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzunömür, cansağlığı arzulayıram. Mükafatlandırma ilə bağlı müxtəlif təkliflər var və bu təkliflər müzakirə edilir. 90 minə yaxın şəxs mükafatlandırılıb. Bu proses davam edəcək. Onlara medal və ordenlər təqdim olunacaq. Məşhur bir deyim var ki, zabit və qazinin həm də yaraşığı onun orden və medallarıdır, yəni hərbi formalarının. Sovet dövründə bəzən elə nümunələr var ki, onu qəbul etmək lazımdır. Xatırlayırsınızsa, Böyük Vətən müharibəsi veteranlarının yaxaları orden və medallarla dolu idi. Bu gün Azərbaycan qaziləri də qalibdir. Onlara da orden və medalları verilməlidir. Bəzi ali tərtiblər var. Məsələn, ”Vətən naminə qəhrəman", "Vətən müharibəsi qəhrəmanı”, "Azərbaycan bayrağı”, "Zəfər” ordeni", "İgidliyə görə” medal, "Cəsur döyüşçü” və s. orden və medallar igidliyə və qəhrəmanlığa görə verilir. Amma düşünürəm ki, Xocavəndin, Füzulinin, Qubadlının, Suqovuşanın, Şuşanın azad olunması istiqamətlərində döyüşmüş hər bir döyüşçüyə bu medallar verilsə çox yaxşı olardı. Bu onların haqqıdır. Bəli, o istiqamətlərdə də müstəsna xidmətlər göstərənlər var. Onlar təbii ki, fərqləndirilir. Hesab edirəm ki, "Vətən müharibəsinin iştirakçısı” medalı hər kəsə veriləcək. Gələcəkdə bir, beş və on illik yubiley medalları da veriləcək.
 
Emin Həsənli: "Atılan addımlar faydasını verəcək”

Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR