Rəşid Mahmudov koronavirusa yoluxdu

Rəşid Mahmudov koronavirusa yoluxdu

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.

BAXAR.AZ “unikal.org”a istinadən xəbər verir ki, dosentin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.

R.Mahmudov açıqlamasında xəbəri təsdiqləyib:

“Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə olunuram. Hələlik səhhətim normaldır”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR