50-dən çox uşaq ZƏHƏRLƏNDİ

50-dən çox uşaq ZƏHƏRLƏNDİ

Dağıstanda uşaqlar arasında kütləvi zəhərlənmə olub.

BAXAR.AZ  bu barədə  xəbər verir ki, hadisə Buynak şəhərində qeydə alınıb. Zəhərlənmə nəticəsində 50-dən çox uşaq xəstəxanaya yerləşdirilib.

Dağıstan Səhiyyə Naziri vəzifəsini icra edən Tatyana Belyaeva bildirib ki, uşaqların qidadan zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciəti hələ ötən gündən başlayıb. O, uşaqlara lazımi tibbi yardım göstərildiyini və zəhərlənməyə səbəb olan mənbə aşkarlanana qədər şəhər sakinlərinə çiy su istehlak etməmələri barədə xəbərdarlıq edib.

Şəhərin başçısı İslamudin Nurqudaev isə bildirib ki, kütləvi zəhərlənməyə səbəb hədiyyə qutularında olan istifadə müddəti bitmiş məhsullar ola bilər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR