Bakıda qadın sığınacağına HÜCUM: Xəsarət alan var

Bakıda qadın sığınacağına HÜCUM: Xəsarət alan var

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşı döyülüb.

KONKRET.az xəbər verir ki, birliyin əməkdaşı Elnurə Zeynalova “Təmiz Dünya” İB-nin sığınacağında qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb.

“Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, orada yaşayan qadının əri Primov Habil Məhəmməd oğlu, qayınanası Primova Saniyyət Məhəd qızı və baldızı Xəyalə sığınacağa gələrək, Elnurə Zeynalovaya ciddi xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Qanar Xəttinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR