"İmzalanan bəyanat Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev yanvarın 11-i Moskva görüşünə dair açıqlama verdi.

"Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda sonrakı addımları birlikdə müzakirə etmək olub.
Hesab edirəm ki, bu görüş və imzalanan bəyanat Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. 

İmzaladığı sənədin əsas müddəlar:

-Kommunikasiyaların bərpası Azərbaycan, Rusiya, Ermənistan və digər region dövlətlərinin maraqlarına cavab verir;

-Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında gətirib çıxardacaq

Və ən əsası:

-Dağlıq Qarabağ konflikti keçmişdə qalıb

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.

“Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanması deməkdir.

Öz növbəsində bu kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.

Azərbaycanın qardaş Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geo-iqtsadi əhəmiyəti artacaq.

Bəzi müxalifət nümayəndələri iddia edirdilər ki, Rusiya Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək və hərbi mövcudluğunu gücləndirəcək. Amma yenədə onların proqnozları düz çıxmadı. Azərbaycan tərəfi öz milli maraqlarını sonacan müdafiə etdi.

Paşinyan da daxil olmaqla Ermənistanda hər kəs məğlubiyyətin baş verdiyini başa düşür. Onun mətbuat konfransında gərginliyi, onu göstərdi ki, istədiyinə yenə də nail ola bilmədi.

Məlum məsələdir ki, bir çox məsələlər bağlı qapılar arxasında qaldı.

Sənəddə “Dağlıq Qarabağ” sözü keçmədiyi kimi, burada “status” və “hərbi əsirlər” məsələsindən də söhbət açılmadı.

Artıq onları “hərbi əsir” deyil, “terrorçu” kimi qiymətləndiriləcəklər. Bu isə  Azərbaycanın dövlət təhlükəsizliyinin təmin etmək üçün müvafiq addımların atılmasına əsas verir. Və bu addımlar artıq erməni terrorçulara qarşı atılır.

Qarabağ Azərbaycandır!"


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR