"Rusiya daha bir şou yaratdı"

11 yanvar Moskva görüşü iqtisadi xarakter daşıyırmış görüntüsü yaratdı. Bağlı qapılar arxasında nələr danışılıb, hansı mövzular müzakirə olunub - bunu ancaq təxmin edə bilərik.

Amma məlum olan məsələlər də var və ən vacib olan məsələdə biz əlimiz güclü çıxdıq. Azərbaycan terrorçuların Ermənistana qaytarılması və status məsələsini müzakirə obyekti belə etməyə icazə vermədi. Bunu Paşinyan da açıq söylədi.

Digər məsələlər isə iqtisadi maraqların üzərində öz təbii axarını aldı. Düzdür, Rusiya daha bir şou yaratdı, "böyük və regionun sahibi" Rusiya imicinə oynadı, amma olsun. Bu, sadəcə, görüntüydü. “Burada hələ də mən varam”, - deyən Rusiya əslində regionda dəyişən iqtisadi maraqların nisbətən güclü oyunçusu ola bilər və bütün etdikləri də daha çox bu qəbildənddir.

Çin, Türkiyə, Orta Asiya və Qazaxıstan, üstəgəl regionun dövlətlərinin maraqları ermənilərin boş ərazi iddialarının üstündən necə xətt çəkib, Azərbaycanın hərbi uğurlarının qarantı kimi çıxış edirsə, eyni zamanda Rusiyanın müvəqqəti olaraq bir Laçın koridorunda oturub, özünü ovutmasını labüd etdi.

11 yanvar görüşündə dövlət rəhbərlərini yanaşı oturtmaqla özünü başa qoyan Rusiya sadəcə uşaq oyunu oynayır.

İqtisadi maraqlar müasir dünyanı idarə edir.

Bu isə həm regionda Türkiyənin qolunu gücləndirir, həm də başqa Türk Dövlətlərini bir araya gətirir.

Qırğız Respublikasında son illərdə ilk dəfə milli adamın hakimiyyətə gəlməsi, Qazaxıstanın savaş zamanı və savaşdan sonra Azərbaycan və Türkiyənin yanında olduğunu , hətta Türkiyəyə təşəkkür etməsi 11 yanvar görüşünün üstündə olan məsələlərdir.

Buraxın, Rusiya masa oyunları oynasın, enerji bir yerdən çıxmalıdır... Amma bir fakt danılmazdır, Rusiya burada sahib deyil, tərəfdir.

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli

BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR