Qırğızıstanda prezident seçkiləri və referendum başa çatıb

Qırğızıstanda prezident seçkiləri və referendum başa çatıb

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə TASS-da respublikanın seçkilərin keçirilməsi və referendum üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

"Axşam saat 20-də (Bakı vaxtı ilə saat 18:00) bütün seçki məntəqələri bağlandı", - komissiyanın nümayəndəsi deyib. Onun sözlərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8-dən (Bakı vaxtı ilə saat 06:00) işləyib. Son məlumatlara görə, seçkilərdə qeydə alınmış 3,56 milyon seçicidən 33,13%-i iştirak edib, referendumda isə bu göstərici 33,08% təşkil edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR