"Real Madrid" bu hücumçunu alıb növbəti Ronaldoya çevirmək istəyir

İngiltərə Premyer Liqası və İspaniya La Liqasının əsas transfer gündəmi mövzularından biri "Real Madrid"in "Tottenhem"in hücumçusunu almaq istəməsi iddialarıdır.

Offsideplus.az Okdiario-ya istinadən xəbər verir ki, "Kral klubu" Hın Min Sonu heyətinə qatmağı düşünür. Belə ki, 2018-ci ildə klubla yollarını ayıran Kriştiano Ronaldonun yerini doldurmaq üçün Cənubi koreyalı ulduz ən yaxşı seçimdir. 

İddialara baxmayaraq, "Tottenhem" rəhbərliyi 28 yaşlı hücumçunun komandada qalacağından əmindir. Qeyd edək ki, Sonun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2023-cü ilə qədər davam edir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR