Əməkdar incəsənət xadimi: “Anamla birgə yoluxdum, o rəhmətə getdi...”

Əməkdar incəsənət xadimi: “Anamla birgə yoluxdum, o rəhmətə getdi...”

"2 həftə əvvəl koronavirus xəstəliyinə yoluxdum. Hal-hazırda özümü normal hiss edirəm, amma tam sağalmamışam, müalicəmi evdə davam etdirirəm. 1 aya yaxındır ki, əziyyət çəkirəm, başqa xəstəliyim də olduğu üçün ağır keçirdim. Həkim deyir ki, 10-15 günə tam yaxşı olacaqsan”.

Bunu Moderator.az-a açıqlamasında İctimai Televiziyanın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. 

Kinorejissor dekabrın 25-də anasının bu xəstəlik ucbatından vəfat etdiyini bildirib: "Anamla birlikdə yaşayırdım, anam da bu xəstəliyə yoluxdu və rəhmətə getdi. Çox təəssüf ki, onun dəfnində iştirak edə bilmədim, bu, çox ağrılıdır. Çox sağ olsunlar dostlarım, həmkarlarım bu çətin günlərdə mənə dəstək oldular, kömək etdilər. Xəstəlik qapını döyəndə  dostlarını daha yaxından tanıyırsan. 

İnsanlar şəxsi gigiyenaya mütləq fikir versinlər, maska taxıb məsafəli gəzsinlər. Bir balaca özlərini pis hiss edən kimi qətiyyən insan içərisinə çıxmasınlar. Bunlar vacib məsələlərdir, çox təhlükəlidir. Mən özüm bütün bunlara riayət edirdim, 9 ay özümü gözlədim. Bilirəm ki, işdə yoluxmuşam, çünki biz müxtəlif insanlarla çalışırıq”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR