DİN-dən polis rəisinin qazidən rüşvət alması iddialarına REAKSİYA

DİN-dən polis rəisinin qazidən rüşvət alması iddialarına REAKSİYA

Ötən gün sosial şəbəkələrdə Ağcabədi polis rəisinin qaziləri incitdiyini, hətta qazidən 400 manat rüşvət aldığını iddia edən məlumatlar yayılıb.

Oxu.az-ın sorğusuna cavab olaraq,DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iddiaların əsassız olduğunu bildirib:

“Qərəzli olaraq polisə rüşvət verdiyini iddia edən Ağcabədidə yaşayan şəxsdən bir nəfər soruşmur ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq tibbi təhsili olmayan şəxs stomatoloji xidmət göstərə bilərmi?

Rayon mərkəzində yerləşən evinin qarşısında qanunsuz olaraq, karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, sanitar-gigiyenik qaydalara əməl etmədən stomatoloji xidmət – “Diş Həkimi” kimi fəaliyyət göstərən şəxsə polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya şəraitində onlarla şəxsə eyni vaxtda tibbi xidmətlər göstərməsi müəyyən olunub.

Sonuncu dəfə yanvarın 3-də tibbi qaydalara, müvafiq qoruyucu vasitələrdən istifadə etmədən bir azyaşlının dişini çəkərkən aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxs cəriməni yanvarın 7-də ödəyib. Lakin onu polisə verdiyi rüşvət kimi dəyərləndirir.

Göstərilənləri nəzərə alaraq, Vətən Müharibəsində sanitar kimi xidmət etdiyini vurğulayan şəxs onun qanunsuz əməllərinə göz yumulmasını, pandemiya şəraitində fəaliyyətinə icazə verilməsini istəyir.

Görünən odur ki, sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır, vətəndaşa qarşı heç bir qanunsuz tədbir tətbiq olunmayıb”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR