Paşinyan Qarabağ nizamlanması barədə danışıqları qeyri-real adlandırdı

Paşinyan Qarabağ nizamlanması barədə danışıqları qeyri-real adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi fəaliyyət şəraitində Qarabağ nizamlanması barədə danışıqların normal, ancaq qeyri-real olduğunu deyib.

BAXAR.AZ  xəbər verir ki,  “RİA Novosti”nin məlumatına görə, o bu barədə Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib.

 

Paşinyan əlavə edib ki, danışıqların şərtləri Moskvanın bəyanatında müzakirə edilib və razılaşdırılıb, sonradan isə öz təsdiqini tapıb.

O, həmçinin Moskva bəyanatının Rusiya prezidentinin vasitəçiliyi ilə qəbul edildiyini, daha sonra Fransa və ABŞ prezidentlərinin vasitəçiliyi ilə təsdiqləndiyini deyib.

Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun Qarabağ məsələsinin müzakirə və həll ediləcəyi yeganə format olduğunu da əlavə edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR