“Neftçilərin əməkhaqları verilmir”

“Neftçilərin əməkhaqları verilmir”

"Bahar Energy" LTD Əməliyyat Şirkəti işçilərin əməkhaqlarını vermir.

Cebhe.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib:

“Dəniz yataqlarının işlənməsinə üzrə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%) və "Bahar Energy" LTD (80%) arasında müqavilə bağlanıb. Eyni zamanda "Bahar Energy" LTD müqavilənin idarə olunması üzrə operatordur. “Bahar Enerji” Əməliyyat Şirkəti Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" qaz yatağının və "Qum-dəniz" neft yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi "hasilatın pay bölgüsü sazişi" əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir.

Qurğular çalışır, neft-qaz çıxır, sahiblər qazanır, neftçilər isə pulsuz qalır. Deyilənə görə, "Bahar Energy" LTD şirkətinin təsisçisi və əsas payçısı olan “Greenfields Petroleum Corporation”ın Prezidenti Con Harkinsin əməkhaqqı 30000 manatdır. Rəhbərlər maaşları vaxtlı-vaxtında alırlar.

Bəs işçilərin pulu hanı? İşçilərin əməkhaqqı isə 500-800 manat arasındadır. Aldıqları psixoloji təzyiqlər (sərt karantin, müharibə, işdənçıxma və s.) az idi ki, əlavə təzyiqi də sizlər yaradırsınız?”.

Xatirə
Cebhe.info


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR