Keçmiş məhkumdan “Makarov” markalı tapança götürüldü

Keçmiş məhkumdan “Makarov” markalı tapança götürüldü

Bakıda saxlanılan şəxsdən “Makarov” markalı tapança götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Səlimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR