“Səbail” dörd futbolçunu yola saldı - FOTO

“Səbail” dörd futbolçunu yola saldı - FOTO

“Səbail” klubu heyətində dəyişikliklərə start verib.

Komandanı dörd futbolçu tərk edib.

İcarədə olan müdafiəçi Arsen Ağcabəyov “Sabah”a qayıdıb. Həmçinin, Murad Qayalı və Əli Sadıqovun müqaviləsinə vaxtından erkən xitam verilib.

Klubun yarandığı ilk ilindən komandada olan Orxan Qurbanlı da yola salınıb.

Qeyd edək ki, Orxan Qurbanlı 2016/17 mövsümdə “Səbail” hələ I divizionda çıxış etdiyi vaxtdan komandada idi. O, “Səbail”də beşinci mövsümünü keçirirdi.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR