“Neftçi” yayda aldığı futbolçunu icarəyə göndərdi - RƏSMİ

“Neftçi” yayda aldığı futbolçunu icarəyə göndərdi - RƏSMİ

“Neftçi” PFK futbolçu Cabir Əmirlini icarəyə verib.

Klubun rəsmi saytında gedən xəbərə görə, 23 yaşlı müdafiəçi mövsümün sonunadək “Sumqayıt”da çıxış edəcək.

Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm cəmi beş oyunda meydana çıxıb. Onun “Keşlə”dən transferi “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədovun istəyilə olmuşdu.

oxu.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR