Serbiya Daxili İşlər nazirindən ölkə prezidentinin qanunsuz dinlənilməsi ilə bağlı AÇIQLAMA

Serbiya Daxili İşlər nazirindən ölkə prezidentinin qanunsuz dinlənilməsi ilə bağlı AÇIQLAMA

Serbiyanın xüsusi xidmət orqanları Prezident Aleksandr Vuçiçin danışıqlarının qeyri-qanuni dinlənilməsini araşdırır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Aleksandr Vulin açıqlama verib.

“Prezident Vuçiçin “dinlənilməsi” işi ilə məşğul olan xüsusi orqanlar həqiqəti aydınlaşdıracaq. O, heç vaxt boş söz demir və bunlar siyasi qazanc naminə yox, həqiqət olduğu üçün söylənilib. Prezident müəyyən dəqiq məlumatlar alıb”, - nazir deyib.

Daxili işlər nazirinin sözlərinə görə, Prezidentin qanunsuz dinlənməsi həqiqətdir, lakin onlar bunu sübut etməlidirlər ki, bu hal bir daha təkrarlanmasın.

Qanunsuz “dinləmə”nin məqsədləri barədə danışmaq hələ tezdir, lakin artıq aydındır ki, onlar xoş niyyətlə edilməyib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR