Anti-Azərbaycan təbliğatı aparan rus aparıcılarının qazandıqları milyonlar - SİYAHI

Anti-Azərbaycan təbliğatı aparan rus aparıcılarının qazandıqları milyonlar - SİYAHI

“The İnsider” nəşri  Rusiya dövlət kanallarında işləyən ən populyar 13 aparıcının maaşlarını açıqlayıb. Qəribə burasındadır ki, ən çox maaş alan anti-Azərbaycan kampaniyası aparan televiziya əməkaşlarıdır.

BAXAR.AZ xəbər verir ki, milyonçu aparıcılara Artyom Şeynin başçılıq edir (“Zaman göstərəcək”, ORT). O ildə  100 milyon ribl (təxminən 2 milyon manat) qazanır. İkinci və üçüncü yerləri “Rossiya1” kanalının baş redaktoru Marqarita Simonyan və əri, NTV-nin aparıcısı Tiqran Keosayan tuturlar. Bu cütlük üst-üstə ildə 156 milyon rubl (3 milyon manat) qatdalayıb ciblərinə qoyurlar. Ən çox qazananların sırasında 4-cü yeri də qatı ermənipərəst aparıcı tutur. Bu, Vladimir Solovyovdur. Onun rəsmi illik gəliri 52,6 milyon rubldur (təxminən 1 milyon). Bu məbləğə Rusiya Radiosundan verilişlərə, “Rossiya” telekanalından və Solovyovun şəxsi şirkəti “SV Consulting”dən daxilolmalar daxildir.

Təsadüfdür, yoxsa nə? Ancaq məlum olan odur ki, ən çox qazananların siyahısındakı növbəti isim də ermənipərəst Olqa Skabeyevadır. O, “Rossiya1” də yayımlanan “60 dəqiqə” tok-şousunun aparıcısı Yevgeni Popovla eyni miqdarda qazanır. Onların hər biri ildə təxminən 12,8 milyon rubl (təxminən 220 min manat) qazanırlar. Milyonçu jurnalistlərdən biri də erməni gədəsi Roman Babayandır.

“Qovarit Moskva” radiosunun baş redaktoruğuna və NTV-dəki “Svoya Pravda”  verilişinə görə ildə 12,2 milyon rubl (təxminən 220 min manat) alır. REN TV əməkdaşı Andrey Dobrov “Dobrov efirdə” müəllif proqramını apardığı üçün 7 milyon rubl (təxminən 140 min manat) qazanır. Milyonçular siyahısına Azərbaycanlı olduğu deyilən Nailə Əsgərzadə də daxildir.Onun illik gəliri 6,5 milyon rubldur (təxminən 130 min manat). Milyonçu aparıcılar siyahısına  ilə 4,6 milyon rubl (təxminən 90 min manat) qazanan “Rossiya seqodnya”nın baş redaktoru və “Vesti nedeli” proqramının aparıcısı Dmitri Kiselyov və ildə 4,3 milyon rubl qazanan (təxminən 90 min manata yaxın) NTV-nin aparıcısı Andrey Norkin də daxildir.

Göründüyü kimi, ən çox qazanan aparıcıların tam əksəriyyəti ermənilər və erməni qarışığı olan aparıcılardır. Bütün bunlardan sonra da gəl Rusiyanın aparıcı telekanallarından obyektivlik gözlə. Ay-hay…


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR