“Liverpul” turun açılış matçında yeddi qol vurdu - VİDEO

“Liverpul” turun açılış matçında yeddi qol vurdu - VİDEO

İngiltərə Premyer Liqasının XIV turunun açılış matçında yeddi qol vurulub.

Oxu.Az xəbər verir ki, son çempion və hazırkı turnir cədvəlinin lideri olan “Liverpul” Londonda “Kristal Palas”ın qonağı olub.

Qonaqlar rəqibini darmadağın edib – 7:0. Liverpul komandası ilk hissədə üç, fasilədən sonra dörd qol vurub. “Liverpul”un qollarını yaponiyalı Takumi Minamino, seneqallı Sadio Mane, braziliyalı Roberto Firmino (2), Cordan Henderson, eləcə də meydana sonradan daxil olan misirli Məhəmməd Salah (2) vurub.

Qeyd edək ki, bu nəticə ilə “Liverpul” xallarını 31-ə yüksəldib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR