İki azərbaycanlı idmançı Həbib Nurməhəmmədovun turnirində döyüşəcək - FOTO
Sabah Rusiyanın Nijni-Novqorod şəhərində MMA üzrə EFC (Eagle Fighting Championship) turniri keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, EFC-31 turnirində Azərbaycandan da iki idmançı oktaqona çıxacaq.
Bunlar Nijni-Novqorodda yaşayan azərbaycanlı idmançılar – Ömər Rzayevlə Ruslan Quliyevdir.
Ömər 2017-ci ildən peşəkar MMA ilə məşğuldur. 24 yaşlı idmançı dörd dəfə qələbə qazanıb, iki dəfə məğlub olub. Onun rəqibi Umar Kunakbiyev əslən Dağıstandan – Xasavyurtdandır. 23 yaşlı idmançı hələ ki, məğlubedilməzdir. O, sonuncu – dördüncü qələbəsini Rusiya azərbaycanlısı Xəlil Xəlilzadəni nokauta göndərməklə qazanıb.