Gürcüstanda benzinin keyfiyyət standartlarına düzəlişlər edilib

Gürcüstanda benzinin keyfiyyət standartlarına düzəlişlər edilib

Gürcüstan hökumətinin benzinin keyfiyyət normalarının Avropa standartlarına daha da yaxınlaşdırılması ilə bağlı qərarına düzəlişlər edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Düzəlişlərə əsasən, benzinin keyfiyyət standartlarına avtonəqliyyat vasitələrində yanma prosesini yaxşılaşdıracaq yeni parametrlər əlavə olunub.

“Nəticədə atmosferə azot dioksidi və karbon qazının buraxılması azalacaq. Yeni parametrlərin əlavə olunması benzinin qiymətinə təsir etməyəcək”, - nazirlikdən qeyd olunub.

Qurumdan bildirilib ki, Gürcüstanda benzinin keyfiyyəti 2017-ci ildən tədricən yaxşılaşdırılıb və hazırda ekoloji parametrlərinə görə “Avro 5” standartına uyğundur.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR