Rusiya Ermənistandan bəzi tərəvəzlərin qəbuluna qadağa qoydu

Rusiya Ermənistandan bəzi tərəvəzlərin qəbuluna qadağa qoydu

Dekabrın 14-dən Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalı qadağan edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə qərar həmin tərəvəzlərdə virus (pepino mosaic virus) tapılmasından sonra verilib.

“Rosselxoznadzor 2020-ci il dekabrın 14-dən Rusiya Federasiyası ərazisində virusunun gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Ermənistan Respublikasının Armavir bölgəsində ixrac edilən və ya istehsal olunan pomidor və bibər idxalının qadağan edilməsini zəruri hesab edir . Əvvəllər bu bölgədən yoluxmuş tərəvəzlər alınıb”, - deyə məlumatda bildirilir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR