"Azərbaycan ordusunun formasını geyinən erməni cəlladıdır" - ŞƏRH

Qalib Azərbaycan əsgərinin vəhşi obrazının yaradılması təxribatı dayanmadan, məqsədli şəkildə həyata keçirilməkdədir! Böyük ehtimal ki, bu günlərdə Rusiyanın internet resurslarında yayılmış videodakı başkəsən Azərbaycan əsgərinin formasını geymiş erməni və ya rus cəlladıdır. Yalvaran qocanın kimliyinə gəlincə, qurbanı istənilən vaxt istənilən yerdən seçmək olar, hətta özününkündən də. O qoca erməni də ola bilər, rus da, elə azərbaycanlı əsiri də. Niyə də yox?! Ermənilər özününküləri azmı qurban verib?! Ermənidirsə, ya ruhi xəstəxanadan, ya da qocalar evindən gətirilmiş kimsəsiz biri ola bilməzmi?! Ermənilər lazım gəldikdə, özlərindən olan qoca-uşaq demədən çoxlu qurbanlar verərlər ki, təki vəhşi türk və məzlum erməni obrazı real görünsün. Çox da uzaq olmayan tarixdəki Sumqayıt hadisəsi buna misal ola bilər. Yaxud, 1915-ci ildə məğlub olacaqlarını bilə-bilə qüdrətli Osmanlı imperiyasına qarşı üsyan qaldırıb, sonra da sürgün olanda yolda xəstəlikdən, yorğunluqdan qırılan erməniləri türklərin soyqırıma uğratdıqlarını 100 ildən bəri hay salmaları. Bu, həmin ermənilərdir ki, öz parlamentlərində belə 1999-cu ildə terror aktı həyata keçirib, siyasi xadimlərini sui-qəsd edib aradan götürdülər və sülh danışıqlarına mane oldular. Yenə də qayıdaq məlum videoya. Başı kəsilən zavallı qocaya gəlincə, dediyim kimi onun erməni olması ehtimalı da istisna edilmir, azərbaycanlı əsir olması da, yaxud rus və ya qeyri-millət olması. Qurban seçmək çətin deyil, pis niyyət olduqdan sonra. Bizi vəhşi göstərmək üçün əsirlərimizdən birini o cür öldürə bilməzlər?! Əllərinin altında minlərlə əsirimiz var, bu, nə çətin işdir?! Özü də sərhədçimizin başı kəsilmək videosundan sonra bu videonun Rusiya kanalında ortaya çıxması vəhşi erməni obrazını azərbaycanlı ilə əvəzləmək məqsədi daşıya bilməzmi?! Başkəsən xüsusi təyinatlının qolunda iri qırmızı sarıq var, bu, Türkiyə bayrağının simvolu olaraq vəhşi türk obrazını önə sürmək məqsədi ilə bağlı ola bilər. Qalib Azərbaycan əsgərinin qoca, köməksiz ermənini vəhşicəsinə qətlə yerirmək nəyinə lazımdır?! Vəhşilik acizlərə və zəiflərə məxsusdur, qaliblərə və mərhəmətlilərə deyil.  Müharibələrdə belə şeylər olur, bu, məqsədli təxribatdır. Məsələn, Stalin sovet əsgərlərinə alman uniforması geyinib əhaliyə qarşı vəhşilik etməyi əmr etmişdi, bununla almanlara nifrət yaratmışdı, çünki alman ordusu işğal olunmuş ərazilərdə müqavimət göstərməyən yerli əhaliyə toxunmurdu. Buna aid çoxlu sayda misallar çəkmək olar. Azərbaycan əsgərinin uniformasını geymək, Azərbaycan dilində danışmaq hələ bunun Azərbaycan hərbçiləri tərəfindən edilməsi anlamına gəlmir. Ermənistan Azərbaycan əsgərinin başkəsən, vəhşi obrazını yaratmaq istəyir və bu cür üsullara əl atır, status tələb etmək, vəhşi kimi qələmə vermək istədiyi azərbaycanlılarla ermənilərin bir yerdə yaşamağının mümkünsüzlüyü təsəvvürü yaratmaq istəyir. Yaxud Rusiya Ermənistana özünün nə qədər vacib xilaskar olmasını, o olmasa erməniləri qocalı-uşaqlı bu aqibətin gözlədiyini təlqin etmək istəyir. Müharibədə heç də hər şey göründüyü kimi deyil.

Ümumiyyətlə, o kadrların Qarabağda çəkildiyi haradan məlumdur?! Kadrarxası səs effekti ilə azərbaycan dilində nəsə əlavə etmək olmazmı?! Yəqin ki, videoçəkilişin ekspertizası azərbaycan dilində yalvarış səsinin başı kəsilən şəxsə aid olub-olmadığını da müəyyən edə bilər. Lakin Azərbaycan əsgərinin qalib obrazını belə təxribatlar sarsıda bilməz. Azərbaycan əsgəri mərhəmətin simvoludur, nə birinci Qarabağ müharibəsində, nə indi dünya bizim əsgərin bu cür əməllərinə şahidlik etməyib.

 


Nəzakət Məmmədova
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR