“Müğənnilər hazırda başqa sahədən də ruzi qazana bilirlər”

“Müğənnilər hazırda başqa sahədən də ruzi qazana bilirlər”

BAXAR.AZ Pravda.az  - a istinadən xəbər verir ki,  səsləndirdiyi mahnılar qısa zaman ərzində trendə çevrilir. Çox zaman ifa etdiyi mahnıları da özü arenjman edir. Deyir ki, ifaçılar 9 aydır pandemiyadan dolayı səsyazma styudiyalarına müraciət etmir. Sənətçilər isə son 2 ayda tarixi qələmizlə əlaqədar olaraq vətənpərvər ruhda mahnılar səsləndirməyə çalışırlar.

 

Arenjmançı, son zamanlar səsləndirdiyi mahnıları ən çox dinlənilən ifaçılardan olan Rübail Əzimovun müsahibəsini təqdim edirik:

 

- Zəfər tarixinin şahidi olaraq hansı hissləri yaşayırsınız?

 

- Şəhidlərimizin ruhu bizim üçün doğmadır. Allah bütün şəhid ailələrinə səbr versin. Müharibənin başlamasını və torpaqlarımızın işğaldan azad edilməsini uzun müddət idi ki, gözləyirdik. Bu bizim üçün bir məqam idi. Haqqımızda dünyada yayılan qeyri-dəqiq məlumatı   inkar edərək, Azərbaycanın  necə cəsur, mərd oğullarının olduğunu, bizim haqq yolçusu olduğumuzu göstərmiş olduq.  Hamımız həm sevinirdik, həm də qürurlanırdıq. Rəşadətli ordumuzla, mərd oğullarımızla fəxr edirik. Çünki onların döyüş meydanında göstərdiyi hünər, cəsarət nəinki bizi bütün türk dünyasını qürurlandırdı. Biz düşmənə yerini döyüş meydanında göstərdik.Dünyaya gələndən, özümü tanıyandan Qarabağ bizim nəslin uşaqlıq travması idi. Nəhayət ki, işıqlığa çıxdı, aydınlığa qovuşdu. Bundan sonra yetişən nəsil   bizim yaşadıqlarımızı yaşamayacaq və buna görə də özümü xoşbəxt hiss edirəm. Allah bizi namərdlərdən uzaq eləsin. Ali Baş Komandanımızın illərlə zərrə-zərrə, addım-addım atdığı siyasi gediş bu gün Azərbaycanı tam başqa bir gücdə, obrazda dünyaya təqdim etdi. Yaşadığım hisslərin içərisində həm sevinc, qürur, fəxr, həm də bunların nəzdində bir üzüntü var. Bu üzüntü hər bir qələbənin arxasında var idi. Belə bir deyim var “Torpaq uğrunda ölən varsa vətəndir”. Vətən uğrundan canından keçən oğullarımıza ömür boyu minnətdar olacağıq. 

 

- Bu  dönəmdə ifaçılar vətənpərvər ruhda mahnılar səsləndirdilər və siz hansı işləri gördünüz?

 

- Bu həlledici döyüşdə iştirak etmək mənim ən böyük arzularımdan idi. Ali Baş Komandanımızın vətəndaşlara ilk müraciəti zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinə müraciət etdim. İki dəfə məni hazırlıq  üçün çağırsalar da ancaq döyüşmək üçün gözləyənlərdən oldum. Qəlbə ruhuna  köklənmişdim. Döyüşmək, vətənə borcumu yerinə yeritmək istəyirdim. Əgər döyüş meydanında döyüşmədimsə bu o anlama gəlməsin ki, heç nə etmədim. Bir sənətçi kimi üzərimə düşən mənəvi borcumu yerinə yetirməyə çalışdım.  Bu  dövrdə şəhidlərimiz üçün “Şəhid məktubu” nu ifa etdim. Sözləri və musiqisi mənə aid olan “Azərbaycan” mahnım kifayət qədər sevildi. “Sizə salam gətirmişəm” mahnım da maraq doğurdu. Düzdür, həmin ərəfədə ölkədə internet kəsilmişdi. İfa etdiyimiz mahnılar istədiyimiz şəkildə yayılmırdı. Ancaq buna baxmayaraq bu mahnılar dinlənilirdi. “Sizə salam gətirmişəm” mahnısının  ikinci bəndində Şuşadan sizə salam gətirmişəm səsləndirdim. O mahnı məhz Ali Baş Komandanımızın Şuşanın azadlığını elan etdiyi gün, Noyabrın 8-i yayımlandı.

Bu dönəm bizim üçün də böyük bir təcrübə oldu. Onsuz da kommersiya yönümlü işlər görürdük, ancaq vətənpərvər musiqilərin  mənəvi qazancı, vətəndaşlara ötürülən faydası daha gözəldir. Gələcəkə bu yöndə yaradıcılığımı yenə də davam etdirəcəyəm. 

 

- 9 aydır ki, koronavirusdan dolayı şadlıq sarayı fəaliyyət göstərmir. Belə olduğu halda müğənnilər necə dolanır?

 

- Elə hesab edirəm ki, 9 aydan əvvəlki dünya çox sürətli şəkildə inkişaf edirdi. Bundan sonra yeni dünyada o sürətə çatmaqda çətinlik çəkəcək.  Bir az başqa cür səslənsə də hər bir sahədə peşəkarlar özünü göstərəcək. Öz peşəsində ən peşəkarlar, keyfiyyətli məhsul təqdim edənlər qalacaq. Misal üçün bizim sahədə 9 ay əvvəl hər kəs nəyə aid istəsə meyxana, estrada və sair mahnılar oxuyub “Youtube”-u doldururdusa, pandemiya dövründə maddi sıxıntılar, şəraitin olması əhval-ruhiyyə,  digital informasiyada olan məhdudiyyətlər insanları böyük əksəriyyətini geri çəkilməyə vadar etdi. Düşünürəm ki, bundan sonrakı dünyanın düzənində də  artıq hər sahədə keyfiyyət göstəriciləri olan insanlar uğur qazana biləcək. Onsuz da uğur Allahdandır. Amma bundan sonrakı dövrdə məlum səbəblərə  yaradıcılığını dayandıran insanlar daha çox olacaq.  Pandemiya bitdikdən sonra sənətçilər də öz ortamına qayıdacaq. Arzu edirəm ki, hamısının işi xeyirli uğurlu olsun.

Sualınıza gəlincə isə biz ac qalan deyilik. Əksinə  fərasətli, istedadlı, zəhmətkeş xalqıq. Özünə hörmət edən insan ətrafındakı insanların maddi sıxıntı keçirməsini rahatlıqla qəbul etmir və çaba göstərir. Şükürlər olsun ki, müğənnilər hazırda başqa sahədən də ruzi qazana bilir.

 

- Bu müddət ərzində mahnı yazdıran, musiqi arenjeman etdirən müğənnilər oldumu?

 

- Anlaşılandır ki, çətin dövr idi. Vaxt gələcək deyəcəklər belə bir dövr gəlmişdi və biz bu dövrü görmüşük. Bu müddət ərzində studiyaya müraciət edən, yaradıcılğını inkişaf etdirən sənətçi olmadı. Məlum səbəblərdən gərəkdir ki,  sənətçinin gəliri olsun ki, yaradıcılığına investisiya qoysun. Düzdür, sənətçi yoldaşlarımız vətənpərvər mahnılar ifa etdilər. Ancaq digər mövzularda elə işləri olmadı. Bu müddət ərzində yalnız Nadir Bayramlının “Azərbaycan Türkiyə” layihəsini işlədim. Səsyazma studiyalarında digər sahələr kimi iş tamamilə dayanıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR