Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - FOTO

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - FOTO

Hindistanın Qucarat ştatında COVID-19 xəstələri üçün tibb müəssisəsində yanğın baş verib. Hadisə nəticəsində beş nəfər ölüb.

BAXAR.AZ xəbər verir ki, bu barədə “Zee News” telekanalı məlumat verib.

Yanğının 11 xəstənin olduğu reanimasiya şöbəsindən başladığı məlum olub. Onlardan altısı xilas edilib.

Xəstəxananın işçiləri yanğını söndürüb, pasiyentlər digər tibb müəssisələrinə köçürülüb.

İlkin versiyaya görə, yanğına səbəb qısaqapanma olub.

Eyni zamanda, səlahiyyətli orqanlar hadisənin bütün şərtlərini aydınlaşdırmağa davam edirlər


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR