Azərbaycanlı futbolçuları sevincdən

Azərbaycanlı futbolçuları sevincdən "göyə dırmaşdıracaq" xəbər verildi

AFFA və Türkiyə Futbol Federasiyası (TFF) iki ölkə futbolçularının legioner statusu ilə oynamamaları üçün danışıqlar aparır. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlamasında bildirib.

Offsideplus.az xəbər verir ki, Məmmədov bu yöndə danışıqların davam etdiyini deyib. AFFA rəsmisi Türkiyədə yetişmiş futbolçuları Azərbaycan Premyer Liqasında daha çox görmək istədiklərini söyləyib: "Hazırda çempionatımızda türkiyəli 2 futbolçu çıxış edir. "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər.

Ozan Can Kökçü isə "Sabah"ın formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir".

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir. Türkiyənin birinci liqasında isə yığma üzvü Araz Abdullayev "Boluspor"un formasını geyinir.

Məlum qadağaya qədər Azərbaycanda özünə iklub tapa bilməyən xeyli sayda azərbaycanlı futbolçu BAL liqasına üz tuturdu.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR