“Pərvizin BDU-dan qovulması qanunsuzdur”

“Pərvizin BDU-dan qovulması qanunsuzdur”

“Cinayət Məcəlləsinin 324-cü maddəsində göstərilib ki, (Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər adiyyati qurumlar tərəfindən bu maddə ilə həmin tələbəyə iş açılmayıbsa, onu universitetdən kənarlaşdırmaq ən ağır cəzadır və bu öz işini bilməməkdir, sahib olduğu vəzifələrdən sui-istifadə etməkdir”.

Reportyor.info xəbər verir ki, bu sözləri hüquqşünas Vüsal Abdullazadə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun unversitetdən qovulması haqda yazıb.
Onun sözlərinə görə, əgər tələbənin hərəkətlərində bir başa bu maddə ilə ittiham olunmaq üçün zəruriyyət olsaydı, DİN dərhal reaksiya verərdi:

“Ona görə də, rəhbərlik bi raz daha yüngül cəzalar tətbiq edə bilərdi ki, tənbeh olunsun. Bununla yanaşı BDU rəhbərliyini də, qanunlarımıza, konstitusiyamıza hörmət etməyə çağırıram. Hüquqi ölkədə yaşayırıq, cəzalar ancaq konstitusiyamıza müvafiq şəkildə verilməlidir.

Qovulmuş tələbə yəqin ki, növbəti çağırış ərəfələrində hərbi xidmətə yollanacaq. Amma hansı düşüncə ilə, hansı ab-hava ilə? Tərbiyələndirmək, tənbeh etmək lazımdır. Bu daha önəmlidir. ADNA -nı bir yadınıza salın”.

Qeyd edək ki, BDU-nun yaydığı rəsmi məlumata görə, Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib.

Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR