Qonşu ölkədə koronavirusdan rekord sayda ölüm baş verib
Rusiyada son bir gündə rekord sayda - 507 koronavirus xəstəsi ölüb.
Əvvəlki anti-rekordun qeydə alındığı 24 noyabrda virusdan 491 xəstə həyatını itirib.
Qeyd edək ki, Rusiya 2 162 503 yoluxma sayı ilə ölkələr arasında dördüncü sıradadır.
Ölkədə ümumilikdə 37 538 koronavirus xəstəsinin öldüyü məlumdur.