ABŞ hərbçiləri bu ölkədən geri çəkilir - Proses başladı

ABŞ hərbçiləri bu ölkədən geri çəkilir - Proses başladı

ABŞ əsgərlərinin İraqdan geri çəkilmə prosesi başlayıb.

BAXAR.AZ Publika.az -a istinadən xəbər verir ki, bu barədə İraq Birgə Əməliyyat Komandanlığı açıqlayıb.

Bildirilir ki, geri çəkilmə Bağdad və Vaşinqton arasında əldə edilən razılaşmaya uyğundur və ilk növbədə 500 amerikalı əsgər İraqı tərk edəcək.

Birgə Əməliyyat Komandanlığının mətbuat katibi general-mayor Tahsin Hefaci geri çəkilmənin uzun sürməyəcəyini söyləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 5-dən etibarən Əfqanıstan və İraqdakı əsgər sayının 2500-ə endiriləcəyini açıqlamışdı.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR