Fuad Əliyev: ABŞ və Fransa məlum üç ölkənin razılaşmasından kənarda qaldığına görə...

Fuad Əliyev: ABŞ və Fransa məlum üç ölkənin razılaşmasından kənarda qaldığına görə...

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” İnternet TV-ın suallarını cavablandırıb.

Azərbaycana qarşı sanksiyalar tətbiq olunarsa, Azərbaycan nə etməlidir?- sualına, ALDP sədrin cavabı belə oldu.

“Hollandiya hökümətinin ermənilərin anti-azərbaycan təbliğatı nəticəsində belə bir addım atmaq niyyəti var idi. Amma sonra bu fikirdən daşındılar. Bu gün bu məsələ gündəmdə deyil. Fikir versəniz, Fransa müharibənin ilk günündən açıq şəklində Ermənistanı dəstəkləyirdi. Müharibə qurtarandan sonra Fransa parlamentinin nümayəndələri Azərbaycana gəldilər. Geri dönən kimi digər deputatlara tövsiyə etmişdilər ki, Azərbaycanla münasibətləri pozmaq lazım deyil. Bu ermənilərin anti-azərbaycan təbliğatı nəticəsində baş verir. Biz buna hazır olmalıyıq. Cəmiyyət olaraq 44 gün ərzində birlik nümayiş etdirdik. Hesab edirəm ki, bundan sonra da belə məsələlərdə bir olarıq.”

Daha sonra Fuad Əliyev bildirib ki, ABŞ və Fransa məlum üç ölkənin razılaşmasından kənarda qaldığına görə, siyasi divident qazanmaq üçün indi aktivlik göstərirlər: "Artıq heç kim bu qələbəyə şübhə edə bilməz. Biz öz torpaqlarımızı azad etmişik. Dövlət başçısı azad olunan torpaqlara səfər edərək, ilk böyük layihəyə, Fizuli-Şuşa yolun çəkilməsinə start verdi. Bundan sonra Qarabağda həyatın bərpası başlanacaq. Dekabrın 1-dən sonra əhalimizin  qayıtması üçün bütün infrastruktur bərpa olunacaq.”

Rusiya sülhməramlı qüvvələrin Xankəndində yerləşdirilməsinin Azərbaycana təzyiq kimi qiymətləndirilməsilə razılaşamayan ALDP sədri bildirdi: “Mən bu fikirlə razılaşmıram. Putin müharibə başlayarkən bildirdi ki, biz bu işə qarışmırıq, bu Azərbaycanın daxili işidir. Muharibə qurtarandan sonra Putin bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir. İkinci tərəfdən Türkiyə sülhməramlıların Azərbaycana gəlməsini də, bu məsələdə qarant durması kimi qiymətləndirirəm. Soydaşlarımız Qarabağa, o cümlədə Xankəndinə qayıdandan sonra, ermənilər oranı tərk edəcəklər. Və Rusiya sülhməramlılarına ehtiyac qalmıyacaq. Mənim proqnozuma  görə 2-3 ilə Rüsiya sülhməramlıları ordan çıxacaq.”


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR