Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTOLAR

Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTOLAR

44 günlük Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnika Bakıya gətirilir. 
 
BAXAR.AZ xəbər verir ki, texnikanın gətirildiyini əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. 
 
Prezident İlham Əliyev yaralı hərbçilərlə görüşündə  bu barədə məlumat vermişdi:
 
"Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik”. 
 
Yaxın günlərdə Bakının Azadlıq meydanında düşməndən əldə edilmiş qənimətlərin nümayiş etdirilməsi üçün hərbi paradın keçiriləcəyi gözlənilir.

Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR