Yetim Eyvazın oğlu cinsini dəyişdi - VİDEO

Yetim Eyvazın oğlu cinsini dəyişdi - VİDEO

Azərbaycanda Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanovun oğlu Aqşin həyat hekayəsindən danışıb.

BAXAR.AZ xəbər verir ki, “YouTube” da yayımlanan “Dalan 18 plus” layihəsinin qonağı olan Aqşin Eyvazın oğlu olduğu üçün heyfisləndiyini bildirib:

 

“Məni kimsə söyəndə xoşum gəlmir. Çünki mən özüm deyirəm ki, sən yaxşı oğlansan, mənsə səndən aşağıyam. Məni niyə söyürsən? Mənim anam xlor satırdı, çörək satırdı, bizi əzab-əziyyətlə böyüdürdü. Allahdan başqa mənim üçün heç nə yoxdur, sırf Allah deyib dururam. Mən necə qəbul olunmayan övladam ki, Eyvazın qəbrini mən çəkmişəm. Şərh yazırlar ki, “Heyif o atadan”, heyifin gəlirsə, olsun sənin atan.  Hayıf məndən ki, elə kişinin oğluyam”.

 

Qeyd edək ki, Yetim Eyvaz uzun illər öncə ailəsindən ayrıldığı üçün Aqşin anasının himayəsində böyüyüb. Həttaatasının yas mərasiminə də qatılmayıb. Şairin oğlu 2018-ci ildə Türkiyədə cinsini dəyişərək qadın olub.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR