Qarabağ döyüşlərində itkin düşənlərin siyahısı Azərbaycana təqdim edildi

Qarabağ döyüşlərində itkin düşənlərin siyahısı Azərbaycana təqdim edildi

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Beynəlxalq fəaliyyət departamentinin rəhbəri Vladimir Solovyov Beynəlxalq Qızıl Xaç Komitəsi səhra missiyasının nümayəndəsi Paskal Huntaya və Azərbaycan nümayəndələrinə Dağlıq Qarabağda silahlı münaqişə zamanı itkin düşmüş şəxslərin siyahısını təqdim edib.

BAXAR.AZ sfera.az -a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
 
Qeyd olunur ki, siyahı Rusiya FHN-in xahişi ilə tərtib edilib.
 
"...İtkin düşənlərin siyahısını təqdim etdim, yəni onlar haqqında heç bir şey məlum deyil. Mən tərəfdaş kanallarımız vasitəsilə - bizim Azərbaycan FHN ilə qarşılıqlı fəaliyyətimizi nəzərdə tuturam, - bu siyahını Azərbaycan tərəfinə də verdim. Azərbaycan tərəfi də dedi ki, o, artıq nəzərə alınıb. Yəni onlar da öz kanalları ilə bu siyahıları veriblər və onlar üzərində işləyirlər", - V.Solovyov bildirib.

Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR