Ermənistanın yeni Müdafiə naziri təyin olundu

Ermənistanın yeni Müdafiə naziri təyin olundu

Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermiş Müdafiə naziri David Tonoyanın yerinə yeni təyinat haqqında fərman imzalayıb.

“Sputnik” Ermənistan xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan Ermənistanın yeni Müdafiə naziri təyin edilib.

Digər fərmana əsasən, Ermənistanın Fövqəladə Hallar naziri və Əmək və Sosial işlər nazirinin yerinə də yeni təyinatlar olub.

Belə ki, Fövqəladə Hallar naziri vəzifəsini Andranik Piloyan, Əmək və Sosial işlər naziri vəzifəsini isə Mesrop Arakelyan icra edəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR