Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO

Açıq havada maska taxmayanları nə qədər cərimə gözləyir? – VİDEO

Noyabrın 21-dən maskadan düzgün istifadə etməyən fiziki şəxslər 100 manat cərimə ödəyəcəklər. 

Baku TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Baku TV-yə bildirib ki, açıq havada maska taxmaq məcburidir:

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməklə əlavə tədbirlərlə bağlı Nazirlər Kabinentinin qərarı var. Yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə açıq havadakı ictimai yerlərdə tənəfüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məcburidir.

Epidemiya əleyhinə sanitariya-gigiyeniya qaydaları karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblər pozularsa fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunacaqlar”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR